Ceyhun Bayramov Qətərə yola düşdü

ceyhun-bayramov-qetere-yola-dusdu
Oxunma sayı: 1241

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində nazirin aprelin 30-u Doha şəhərində keçiriləcək Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında iştirak və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.