“Azərişıq” elektrik enerjisindən qanunsuz istifadə halları aşkarladı - Video

azerisiq-elektrik-enerjisinden-qanunsuz-istifade-hallari-askarladi
Oxunma sayı: 1331

“Azərişıq” əməkdaşları paytaxtın Xəzər rayonunda “Ev Qur” adlı mağazaya baxış keçirdiyi zaman məlum olub ki, elektrik sayğacı kənar müdaxilə səbəbindən axan cərəyanı yarıbayarı az qeyd edir.

“Qafqazinfo” xəbər verir ki, həmçinin Xırdalan şəhərində sement zavodunda da kənar müdaxilənin olduğu aşkar edilib. Baxış zamanı elektrik sayğacının "A", "B", və "C" faza cərəyan sıxaclarına müdaxilə edildiyi məlum olub.

Paytaxt və ətraf ərazilərlə yanaşı, Salyan rayonunda bəzi qeyri-əhali abonentlərnin elektrik enerjisini taladığı aşkarlanıb. Rayon ərazisində mağazalardan birinə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur.

Analoji vəziyyətə avtoyuma və kafe fəaliyyəti göstərən digər bir obyektdə rast gəlinib. Burada da sayğaca kənar müdaxilə etməklə elektrik enerjisindən qanunsuz istifadə olunduğu müəyyən edilib.

Elektrik enerjisinin talandığı növbəti fakt balıqçılıq təsərrüfatında ortaya çıxdı. Abonent uzaq məsafəyə kənar xətt çəkməklə yanaşı, uzaqdan idarə olunan xüsusi qurğu da quraşdırıb.

Qeyd edilən faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb, hüquq mühafizə orqanlarına müraciət edilib və bu ardıcıl olaraq davam etdiriləcək. Həmçinin, bu cür qanunszuluğa yol verən obyekt və müəssisələrin, şəxslərin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.