Azyaşlı övladları ilə küçədə qalan qadın sığınacağa yerləşdirildi - Yenilənib

azyasli-ovladlari-ile-kucede-qalan-qadin-siginacaga-yerlesdirildi
Oxunma sayı: 4274

Sumqayıtda azyaşlı övladları ilə küçədə qalan qadın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu sosial şəbəkədə yazıb. 

“Hazırda xanım və uşaqları öz evlərində təhlükəsiz vəziyyətdədirlər.Yaxın dəqiqələrdə onlar müayinə üçün, Sumqayıt uşaq xəstəxanasına yerləşdiriləcək. Daha sonra aidiyyətı üzrə bütün tədbirlər görüləcək.
Məsələ aidiyyətı Dövlət qrumlarının diqqətindədir”, - deyə o qeyd edib. 

Onun sözlərinə görə, ailə başçısı içki düşkünü olduğundan, sərxoş vəziyyətdə, yoldaşına zorakılıq tətbiq edib,xanım da uşaqlarını götürüb evdən çıxıb:

“Elə, gecə saatlarında polis xanımın və uşaqların təhlükəsizliyini təmin edib. Artıq ailə başçısı polisə dəvət olunub. Onun barəsində müvafiq tədbir görüləcək”.

***

"Əri tərəfindən döyüldüyü iddia edilən və 4 azyaşlı uşağı ilə Sumqayıtda parkda qalması ilə bağlı görüntüləri yayılan qadın barəsində məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən məsələ nəzarətə götürülüb".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov bildirib. 

"Artıq onlar Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib", - deyə o qeyd edib.