BAAU-da elmi seminar keçirildi - Fotolar

baau-da-elmi-seminar-kecirildi
Oxunma sayı: 1294

Bakı Avrasiya Universitetində (BAAU) “Riyaziyyat və İKT” kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Süni intellekt və müasir dövrün tələbləri” mövzusunda elmi seminar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, seminarı giriş sözü ilə Tədrisin təşkili departamentinin rəhbəri professor Mənsim Məmmədov açıb.

Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın həyatından bəhs edən videoçarxın nümayişindən sonra “Regionşünaslıq və iqtisadiyyat”  fakültəsinin dekanı dosent Mütəllim Rəhimov seminarın əhəmiyyətindən danışıb.

Daha sonra “Riyaziyyat və İKT” kafedrasının müdiri dosent Svetlana Quliyeva akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. “Riyaziyyat və İKT” kafedrasının müəllimləri - Bahadur Əlizadənin “Multidisiplinar süni intellekt alqoritminin gerçək həyat problemlərində tətbiqi” və Rövşən Nəsirovun “Süni intellekt və müasir dövrün tələbləri” mövzusunda məruzələri dinlənilib.

Seminarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası” kafedrasının müdiri professor Əbülfət Pələngov, kafedranın əməkdaşı p.ü.f.d. Alıyev Rafiq, Qərb Kaspi Universitetinin “İnformasiya texnologiyaları” kafedrasının müdiri dosent Rəna Hacıyeva, “Mexanika və riyaziyyat” kafedrasının müdiri dosent Dürdanə Rüstəmova və “Mexanika və riyaziyyat” kafedrasının əməkdaşı dosent Mürsəl Nəsirov qonaq qismində  iştirak ediblər.