Badamdar yolunda beton panel qırıldı - Yenilənib

badamdar-yolunda-beton-panel-qirildi
Oxunma sayı: 7507

Bakının Səbail rayonu, Badamdar şossesində yol çöküb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ikizolaqlı yolun bir hissəsində baş verib.

Ərazidə xəbərdarlıq nişanları qoyulub.

Qeyd edək ki, sözügedən yol Badamdar və 20-ci sahə Bayıl arasındakı əsas şosse olduğundan nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

***

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli sorğumuza cavab olaraq bildirib ki, ərazidə kanalizasiya quyusunun beton paneli qırılıb.

Hazırda təmir işləri gedir.

***

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, magistral su kəmərinin siyirtmə şaxtasının üst beton paneli çöküb.

Sabah qazıntı işləri və şaxtanın bərpası icra olunacaq.

Yolun həmin hissəsinin ölçüsünə uyğun beton plitə sifariş verilib, hazır olan kimi, yerinə qoyulacaq.