Bakı Dövlətin tələbələri təhsil nazirinə müraciət etdi - Petisiya

baki-dovletin-telebeleri-tehsil-nazirine-muraciet-etdi-petisiya
Oxunma sayı: 685

Bununla bağlı BDU-nun tələbələri “Qafqazinfo”ya məktub göndərib. Məktubda bildirilir ki, tələbələr Boloniya sisteminə qoşulan qabaqcıl ölkələrin universitetlərində müşahidə olunmayan, bizim ölkəmizdə də əksər universitetlərdə ləğv olunan may ayının son ongünlüyündə keçiriləcək dövlət imtahanlarının ləğvini tələb edirlər. Tələbələr petisiyaya başlamalarının səbəbini bir neçə arqumentlə izah ediblər:

1. Dünya universitetlərinin praktikasında olmaması. Bu, dünya standartlarına uyğunlaşması üçün islahatlara ehtiyacı olan təhsilimizə heç bir faydasının olmadığını, əksinə bəzi xoşagəlməz hallara zəmin yaratdığını göstərir.

2. Ölkəmizdəki bir sıra universitetlərdə olmaması, bizdə saxlanılması, bizim daha çox yüklənməyimizə səbəb olur, bu isə ədalətli deyil.

3. Diplom işi yazan, semestr imtahanlarına, magistr imtahanlarının ikinci mərhələsinə hazırlaşan tələbələr üçün əlavə çətinlik törədir, ümümi keyfiyyəti aşağı salır. Həmçinin bu imtahanları biz əvvəlki illərdə semestr imtahanı şəklində verdiyimizdən, dövvlət imtahanı tələbəyə yeni heç nə qatmır, yuxarıda qeyd etdiyimiz kimi tələbənin əsas yaradıcı işi olan diplom müdafiəsinə hazırlığının keyfiyyətini aşağı salır.
İştirakçıların hər biri yuxarıdakılar ilə razılaşaraq petisiyada iştirak edir və sizdən Bakı Dövlət Universitetində dövlət imtahanının ləğvini həyata keçirməyinizi xahiş edir.

Gülnar