“Bakı ofisindən Xankəndi şöbəsinə əlavə heyətin göndərilməsinin tərəfdarıyıq”

baki-ofisinden-xankendi-sobesine-elave-heyetin-gonderilmesinin-terefdariyiq
Oxunma sayı: 4788

“Biz BQXK-nın Cenevrə ofisindən əlavə heyətin qəbulunu dəstəkləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin digər beynəlxalq tərəfdaşlarla görüşünə dair “X” platformasında qeyd edib.

“Biz, həmçinin Bakı ofisindən Xankəndi şöbəsinə əlavə heyətin göndərilməsinin tərəfdarıyıq”, - H. Hacıyev əlavə edib.