Bakı-Yevlax yolunda çat əmələ gəlib

baki-yevlax-yolunda-cat-emele-gelib
Oxunma sayı: 1032

Bu gün yenidən qurulması aparılan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun təqribən 108-ci km-də asfalt-beton örtükdə eninə çat əmələ gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli yayıb. Onun sözlərinə görə, həmin çatın yaranma səbəbləri mütəxəsislər tərəfindən araşdırılıb.

Belə ki, sözügedən ərazidə 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib. Ərazidə heç bir sürüşmə qeydə alınmayıb.

Bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur.

Yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək.