Bakıda 16, 17 və 18 yaşlı oğlanlar bıçaqlandı

bakida-16-17-ve-18-yasli-oglanlar-bicaqlandi
Oxunma sayı: 6286

Bu gecə Bakının Sabunçu rayonunda üç nəfər bıçaq xəsarəti alıb.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Soltanov Fərhad Elşad oğlu və 2005-ci il təvəllüdlü Həsənli Tural Zəfər oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Hər iki şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

F. Soltanova sol saidin kəsilmiş-deşilmiş yarası, T. Həsənliyə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Eyni zamanda, 2004-cü il təvəllüdlü Nəzərov Şirxan Aslan oğlu da bıçaqlanıb.

Hadisənin təfərrüatları araşdırılır.