Bakıda ölümlə nəticələnən bədbəxt hadisələr baş verib.
“Qafqazinfo” xəbər verir ki, ötən gecə saat 01 radələrində 1966-cı il təvəllüdlü İbrahimova Vəfa Nəcəf qızı Binəqədi rayonunda yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Bundan başqa, paytaxt sakini 30 yaşlı Elnurə Vilayət qızı Abbasova da Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ü.Hacıbəyov küçəsində yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.
Fotoda Elnurə Abbasova

Son xəbərlər
Son Xəbərlər