Xətai rayonu ərazisində 20 illik ağaclar kəsilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Belə ki, sosial şəbəkə istifadəçisi Orxan Kərimov rayonun Məhəmmədi Hadi küçəsində kəsilən ağacların fotosunu paylaşıb. Bildirib ki, bu ərazidə görüntü üçün yeni ağaclar əkilib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi İradə İbrahimova müraciətimizə belə cavab verdi: “Hazırda sözügedən məsələ ilə bağlı əməkdaşlarımız tərəfindən yerində araşdırma aparılır”.
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb və gecə saatlarında 2 ağacın kəsildiyi müəyyən edilib: “Məhəmməd Hadi küçəsi, 103 saylı binanın ətrafındakı yaşıllıq ərazidə ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək məqsədilə hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır”.