Bakıda 30 yaşlı kişi intihar etdi

bakida-30-yasli-kisi-intihar-etdi
Oxunma sayı: 2620

Bakıda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə saat 22 radələrində Xətai rayonu ərazisində qeydə alınıb.

1995-ci il təvəllüdlü Bakı şəhər sakini Məmməd Məmmədli kirayədə yaşadığı Xudu Məmmədov küçəsindəki evdə özünü asıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.