Ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib

agir-qezada-olenlerin-kimliyi-bilindi
Oxunma sayı: 7798

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, qəza maşın bazarının yaxınlığında qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı minik avtomobili ilə yük maşını toqquşub. İdarəetmədən çıxan minik maşını əvvəlcə işıq dirəyinə, sonra isə yük maşınına çırpılıb.

Hadisədə minik avtomobilinin sürücüsü və sərnişini ölüb. İki nəfər isə ağır xəsarət alıb.

Yaralılar əraziyə çağırılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Minik avtomobili deformasiyaya uğrayıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

***

“Qafqazinfo”nun məlumatına görə, gecə saatlarında Yasamal rayonu ərazisində baş vermiş qəzada ölənlərin kimliyi müəyyənləşib.

 Belə ki, saat 22:30 radələrində Əliyev Asim Asiman oğlunun idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı avtomobil dairəvi yolda “Socar” YDM-nin qarşısında idarəetməni itirərək yolun əks istiqamətinə keçib. Avtomobil beton yol ayırıcının üstündəki işıq dirəyinə dəyib əks istiqamətli hərəkət hissəsinə çıxaraq öz yolu ilə hərəkətdə olan İrana məxsus “VOLVO FH PC24-4*2” TIR-a çırpılıb. Nəticədə “Chevrolet”in sürücüsü Əliyev Asim Asiman oğlu və həmin avtomobildə olan sərnişin Mikayılov Ruslan Maşallah oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.