Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AQEM Baş katibi Kayrat Sarıbay, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və digər qonaqlar iştirak edirlər.
***
“AQEM çərçivəsində bu tipli ilk toplantının təşkili regional dialoqa dəyərli bir töhfədir və AQEM Media Forumunun keçirilməsi ilə bağlı uzaqgörən təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Bunu AQEM-in Baş katibi Kayrat Sarıbay “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumunda deyib.
Onun sözlərinə görə, Bakıya hər bir səfər AQEM çərçivəsində əməkdaşlığı irəli aparmaq üçün yeni bir imkan yaradır.
K.Sarıbay bildirib ki, müntəzəm təmaslar Azərbaycanın platformaya sədrliyinin fəal və səmərəli yanaşmasını nümayiş etdirir: “Bu praktiki nəticələri qarşılıqlı etimada çevirmək üçün aydın ictimai məlumatlılıq tələb olunur ki, bu da bu gün media peşəkarlarının bir araya gəlməsini vaxtında atılmış və böyük əhəmiyyət kəsb edən bir addım edir.
28 üzv dövləti bir araya gətirən AQEM Asiya miqyasında dialoq üçün əhatəli bir platforma təqdim edir. AQEM-in suveren bərabərlik və konsensus prinsipləri müxtəlif milli təcrübələrə malik ölkələrə ümumi dil tapmağa imkan verir. Bu ümumi dilə çatmaq və tərəfdaşlıqlar qurmaq etimaddan başlayır. Etimad dialoqu və praktiki əməkdaşlığı stimullaşdırır. Etimad isə ardıcıl təmaslar və birgə təcrübə vasitəsilə böyüyür. AQEM-in nəzərəçarpan uğurları var. İllər ərzində AQEM dialoq platformasından praktiki əməkdaşlıq üçün möhkəm hökumətlərarası mexanizmə çevrilib. Azərbaycanın Sədrliyi dövründə bu platforma yüzlərlə məqsədyönlü təşəbbüsü irəli apararaq və Asiya üzrə peşəkar əlaqələrin geniş şəbəkəsini yaradaraq əhəmiyyətli irəliləyişə nail olub”.
***
“Üzləşdiyimiz bir çox qlobal sınaqların gətirdiyi çətinliklər və yaratdığı qeyri-müəyyənlik mühiti beynəlxalq münasibətlərdə çoxtərəfli strukturlara duyulan etimadın sarsılmasına yol açır. Məhz bu səbəbdən AQEM kimi çoxtərəfli təşkilatların əhəmiyyəti bir qədər də artır”.
Bunu Türkiyənin Radio və Televiziya Baş İdarəsinin (RTÜK) sədri, Mehmet Danış AQEM Media Forumu çərçivəsində keçirilən “Azərbaycanın sədrliyi: Təşəbbüslər, əməkdaşlığın nəticələri” adlı panel sessiyada deyib.
RTÜK sədri vurğulayıb ki, hazırkı dövrdə heç bir məsələ tək bir dövlətin iradəsi ilə həll oluna bilmir: “Bəşəriyyətin qarşılaşdığı problemlərin həllində AQEM kimi dövlətlərarası əməkdaşlıq mexanizmlərindən daha səmərəli şəkildə yararlanılması böyük əhəmiyyət kəsb edir.
AQEM-in təsisçi üzvü olan Türkiyə 20 ildən artıqdır ki, konfransın fəaliyyətinə fəal töhfə verir. Türkiyə Asiyanın ən əhatəli çoxtərəfli regional təhlükəsizlik əməkdaşlığı platforması olan AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir. Bu çərçivədə əvvəlki sədr Qazaxıstan tərəfindən başlatılan və hazırkı sədr Azərbaycan tərəfindən həyata keçirilən səyləri dəstəkləyir”.
Günel İbrahimova


Son xəbərlər
Son Xəbərlər