Bakıda binanın eyvanı uçdu - Xəsarət alan var

bakida-binanin-eyvani-ucdu
Oxunma sayı: 3062

Noyabrın 22-si saat 23 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində binalardan birinin eyvanı uçub.

“Qafqazinfo” xəbər verir ki, hadisə C.Xanməmmədov küçəsi, ev 13-də yerləşən binanın 2-ci mərtəbəsindəki mənzildə qeydə alınıb.

Eyvanın uçması nəticəsində orada yaşayan 1963-cü il təvəllüdlü Xalidə Əbdülbağı qızı İbrahimova yıxılıb.

O, xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.