Bakıda bu yolda marşrut avtobusu da “protiv” gedir - Video-Yenilənib

bakida-bu-yolda-marsrut-avtobusu-da-protiv-gedir
Oxunma sayı: 1734

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində sürücülərin kütləvi şəkildə əks yola çıxaraq hərəkət etməsini əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntüləri jurnalist Səid Qərib paylaşıb.

Videoda qəsəbənin əsas yollarından biri sayılan Əli İsazadə prospektində qaydaların kobud şəkildə pozulması öz əksini tapıb. Belə ki, minik avtomobilləri ilə yanaşı, 160 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobusun da əks yola çıxaraq hərəkət etməsi təhlükəli vəziyyət yaradıb.

Digər sürücülər prospektdə nə yol nişanlarına, nə də hərəkət qaydalarına riayət edilməsindən və qəza riskindən narahat olduqlarını bildiriblər.

***

Bakı Şəhər DYP İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, paytaxtın Xəzər rayonu Binə qəsəbəsində sürücülərin əks istiqamətli hərəkət yoluna çıxaraq nəqliyyat axınına qarşı hərəkət etməsini əks etdirən videogörüntü ilə bağlı Xəzər RPİ-nin DYP Şöbədində araşdırma aparılır: "Yol hərəkəti qaydasını kobud şəkildə pozan və digər nəqliyyat vasitələrinə təhlükə yaradan sürücülər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülür".

Həmin görüntüləri təqdim edirik: