Bakıda “Calvin Klein”in ikinci mağazası açıldı - Fotolar

bakida-calvin-kleinin-ikinci-magazasi-acildi
Oxunma sayı: 2964

Bakıda dünyaca məşhur geyim brendi “Calvin Klein”in ikinci mağazası açılıb.

“Qafqazinfo” xəbər verir ki, mağaza “Ganjlik Mall” AVM-in ikinci mərtəbəsində yerləşir.

1968-ci ildə ABŞ-də əsası qoyulan “Calvin Klein” brendinin əsas fərqləndirici cəhətləri – moda sahəsində proqressivlik və minimalizm fəlsəfəsidir. Məhz bu iki amil, həmçinin cins kolleksiyaları markanı meqapopulyar və tələbatlı ediblər.

Brend qadın və kişi geyimləri, ayaqqabı, aksessuar istehsalı üzrə ixtisaslaşıb və uğurla irəliləyir.  

Qeyd edək ki, daha bir mağaza “Park Bulvar” AVM-in birinci mərtəbəsində yerləşir.

Əlaqə nömrəsi: +994 51 229 83 91;

İnstaqram: @baku_ck .