Bakıda direktor müəllimləri məktəbə buraxmır? - Video

bakida-direktor-muellimleri-mektebe-buraxmir
Oxunma sayı: 8671

Sosial şəbəkələrdə Bakı şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə direktorun müəllimləri məktəbə buraxmaması ilə bağlı iddia yayılıb. 

“Qafqazinfo”nun xəbərinə görə, həmin məlumatda müəllimlərlə direktor Almaz Həsrət arasında mübahisə yaşandığı, bu səbəbdən məktəbin direktorunun qapıları bağlatdıraraq bir qrup müəllim və təsərrüfat müdirinin içəri daxil olmasına maneə yaratdığı bildirilib. Bununla əlaqədar video da paylaşılıb. 

Məsələ ilə bağlı 3 nömrəli tam orta məktəbdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, sosial şəbəkədə yayılan videogörüntü martın 13-də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş keçmiş təsərrüfat müdiri tərəfindən çəkilib: “İşdən azad edilməsinə baxmayaraq həmin şəxs davamlı olaraq zorla məktəbə daxil olur, təhsil müəssisəsinin iş ahəngini pozur. Hər dəfə xəbərdarlıq edilsə də, müxtəlif təhdidlərlə məktəb rəhbərliyinə hədə-qorxu gəlir. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Keçmiş təsərrüfat müdirinin məktəbin fəaliyyətinə ciddi maneə yaradan əməllərindən (siqnalizasiya, istilik, işıq sisteminə müdaxilə edir, yerə  su tökür və s.)  narahat olduğumuz üçün mühafizəçiyə onun məktəbə daxil olmasına icazə verilməməsi tövsiyə olunub.

Bu kimi hallardan dərin təəssüfümüzü ifadə edir, məktəbin normal iş ahənginin qorunması üçün bütün qanunauyğun tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”.

Gülnar Əliyeva

Həmçinin oxuyun: Стартовал очередной спортивный лагерь “YAŞAT” при поддержке ТуранБанк