Bakıda əl qumbarası tapıldı - Video

bakida-el-qumbarasi-tapildi
Oxunma sayı: 1062

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sabunçu rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F1- əl qumbarası, 1 ədəd UZRQM-2 partladıcısı və 123 ədəd müxtəlif çaplı patron olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Həmçinin oxuyun: Ветеран рассказал о встрече с президентом - Видео