Bakıda eşidilən dron səsləri müzakirə yaratdı - Video

bakida-esidilen-dron-sesleri-muzakire-yaratdi
Oxunma sayı: 3904

Gecə saatlarında Bakıda dron uçması ilə bağlı məlumatlar yayılıb. Bu, sosial şəbəkələrdə istifadəçilər arasında müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, yayılan videolarla bağlı hərbi ekspert Ədalət Verdiyev də paylaşım edib.

O qeyd edib ki, bu gecə Bakı səmasında müşahidə olunan PUA-lar  Azərbaycana aiddir: “Uçuşlar paytaxtın  hava məkanına nəzarət və təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Daha əvvəllər də buna bənzər uçuşlar keçirilib. Narahatlıq üçün səbəb yoxdur”.

Xəbəri rus dilində oxuyun: Почему над Баку летали БПЛА? – ВИДЕО

Məsələ ilə əlaqədar Müdafiə Nazirliyi rəsmi məlumat yaymasa da, nazirlikdən Manset.az-ın sorğusuna “Narahatlığa heç bir əsas yoxdur” cavabı verilib.