Bakıda film səhnələrini xatırladan qəza - Video - Yenilənib

bakida-film-sehnelerini-xatirladan-qeza
Oxunma sayı: 8417

Bakının mərkəzində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 3-də qeydə alınıb. Küçələrdən birində sürətlə hərəkət edən minik avtomobili “Toyota Prius” markalı avtomobilə arxadan çırpılıb. Zərbənin təsirindən həmin avtomobil havaya qalxıb və təhlükəli şəkildə yerə çırpılıb.

Patrul.az-a istinadən həmin anları əks etdirən görüntüləri təqdim edirik:

***

Bakı Şəhər Dövlət Yol Polisi idarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə fevralın 3-ü saat 23 radələrində Nərimanov rayonunun Həsən Əliyev küçəsində baş verib: “Faw” markalı nəqliyyat vasitəsinin sürücüsü əvvəlcə “Toyota Prius”, daha sonra isə “Mercedes” və “Toyota Prado” markalı avtomobillərlə toqquşub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Hazırda faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır. Bu kimi xoşagəlməz halların baş verməməsi üçün sürücülər qaydalara ciddi əməl etsinlər, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmasınlar”.