Bakıda “Jazz Fusion Night” - Fotolar

bakida-jazz-fusion-night
Oxunma sayı: 1030

Bakıdakı FIA həftəsi çərçivəsində Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası dekabrın 7-də qonaqlar üçün caz-fusion gecəsi (Jazz Fusion Night) təşkil edib. 

“Qafqazinfo” xəbər verir ki, gecənin aparıcısı Fuad Axundov avtomobillər, memarlıq və caz sənətində mədəniyyətlərin sintezindən bəhs edib. Paytaxtımızda təşkil olunan Formula 1 Azərbaycan Qran Pri yarışı barədə təqdimat olub. 

Daha sonra FIA qonaqlarını “H3 Collective” caz qrupu salamlayıb. Musiqiçilərin ifasında caz-fank aranjımanında məşhur Azərbaycan əsərləri səslənib. Gecədə tanınmış caz ifaçıları - əməkdar artistlər Rain Sultanov, Emil Əfrasiyab çıxış ediblər.

Gecəni DJ Kenan Drums hipnotik şou ilə davam etdirib.