Bakıda kişi betonlanmış çuxura yıxılıb öldü

bakida-kisi-betonlanmis-cuxura-yixilib-oldu
Oxunma sayı: 2085

Bakı şəhərinin Nəsimi rayonunda təmir-tikinti zamanı kişi hündürlükdən yıxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, 1964-cü il təvəllüdlü Həsənov İlham İbaş oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün nazirliyə müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində İ.Həsənovun meyiti tikinti sahəsindəki betonlanmış çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.