Bakıda küçədə qadın həmcinsini döydü

bakida-kucede-qadin-hemcinsini-doydu
Oxunma sayı: 2712

Bakı sakini üzləşdiyi xuliqanlıq əməli ilə bağlı polisə müraciət edib.

“Qaqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, Maştağa qəsəbə sakini, 1954-cü il təvəllüdlü İsmayılzadə Susanna İslam qızı 14-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, dünən Nizami küçəsində Almaz adlı şəxs xuliqanlıq zəminində onu döyüb.

Şikayətçi onu döyən şəxsi tanıdığını desə də, hadisənin hansı səbəbdən baş verdiyini qeyd etməyib.

Faktla bağlı araşdırma aparılır.