Bakıda lift qəzası ilə bağlı - Rəsmi açıqlama+Fotolar +Yenilənib

bakida-lift-qezasi-ile-bagli
Oxunma sayı: 8095

Bakıda səhər saatlarında bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza Nərimanov rayonunda baş verib.
Qarabağ küçəsində yerləşən binaların birində liftin trosunun qırıldığı bildirlir. Həmin an liftdə olan 3 azyaşlı olmaqla, 7 nəfər ağır yaralanıb.

***

Əməkdaşımızın əldə etdiyi məlumata görə, liftdə yaralananlar arasında ər-arvadda olub. Onlar üç gün əvvəl ailə qurublar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb.

Hadisə şahidlərinin sözlərinə görə, xoşbəxtlikdən liftin trosu yuxarı mərtəbədə qırılmayıb. Lift birinci mərtəbədə dayanmayıb və “padval”a düşüb.

***

Hazırda Nərimanov rayon prokuroru və Nərimanov RPİ. 18-ci PB-nin rəis müavini də sözügedən binadadır və əraziyə baxış keçirilir.

Hadisə yerindən fotoları təqdim edirik:

***

Nərimanov İcra hakimiyəttindən liftdə baş vermiş qəz ailə bağlı açıqlama verilib. İcra Hakimiyyətindən "Qafqazinfo"ya bildirilib ki, sözügedən hadisə ilə bağlı aparılan araşdırmalardan sonra qəzanın başvermə səbəbləri məlum olub:

"Əslində liftin trosu qırılmayıb. Problemin yaranmasına səbəb isə maksimum 5-6 nəfər üçün nəzərdə tutulan liftə eyni zamanda 9 nəfər minməsi olub. Belə ki, lift 9 nəfəri daşıya bilmədiyi üçün əyləc sistemində problem yaranıb, 1-ci mərtəbəyə qədər gələrək "padval"da dayanıb. Xoşbəxtlikdən tros qırılmayıb və ağır nəticə baş verməyib. Hadisə zamanı zədələnənlərin vəziyyəti yaxşıdır".

Bu məqamda İcra hakimiyyəti əhaliyə müraciət edərək liftdən istifadə qaydalarına ciddi şəkildə riayət olunmasını xahiş edib. 

Murad Əhməd