Bakıda məşqçi idman zalında öldü - Yenilənib

bakida-mesqci-idman-zalinda-oldu
Oxunma sayı: 10805

Bakıda fitnes məşqçisi idman zallarından birində vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bir neçə saat bundan əvvəl qeydə alınıb.

Dünyasını dəyişən Teymur Məmmədrzayevin vəfat səbəbi hələlik açıqlanmayıb.

***

Bakıda idman zalında məşq edən idmançının ölüm səbəbi açıqlanıb.

Zalın sahibi Ceyhun Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, idmançının meyiti bu gün saat 13:00 radələrində zalın daxilində olan istirahət otağında tapılıb:

"Teymur Məmmədrzayev anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Ekspertizanın rəyinə görə, onun epilepsiyası tutub və vəfat edib".

O qeyd edib ki, T.Məmmədrzayev yarışa hazırlaşırdı və zalda məşq edirmiş.