Bakıda motosikletçi qız faciəvi şəkildə öldü

bakida-motosikletci-qiz-facievi-sekilde-oldu
Oxunma sayı: 3364

Bakıda motosikletçi qız yol qəzası nəticəsində vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, gecə saat 02 radələrində Xətai rayonunun Zığ yolu küçəsində 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızının idarə etdiyi moped naməlum şəraitdə qəzaya uğrayaraq aşıb. Nəticədə 21 yaşlı qız yıxılaraq qapalı kəllə-beyin travması alıb. 2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilən qız xəstəxanada vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb. Meyit müayinə olunması üçün ekspertizaya göndərilib.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

Nizam Rza