Bakıda obyektdə partlayış - Yaralı var+Video-Yenilənib

bakida-obyektde-partlayis
Oxunma sayı: 1227

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 May küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub.

Bu barədə “Qafqazinfo”ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 20 kv.m. olan bərbərxanada yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində obyektə ziyan dəyib, 1 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Binəqədi rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2003-cü il təvəllüdlü şəxs (kişi) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

“Ona başın tüklü hissəsinin, sifətin, hər iki qulaq seyvanının, hər iki yuxarı ətrafın, gövdənin ön və arxa səthinin, hər iki diz oynağının II-III dərəcəli termiki alov yanığı şoku diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir”, - deyə məlumatda qeyd edilib.