“Ata, 2000-ci illərdə necə idin?” - Video

ata-2000-ci-illerde-nece-idin
Oxunma sayı: 1129

Türkiyə futbolunun əfsanəvi siması, 2002-ci il Dünya Çempionatında Seneqal millisinə vurduğu “qızıl qol”la tarix yazan İlhan Mansız sosial mediada paylaşdığı video ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, keçmiş futbolçu oğlu ilə birlikdə lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb.

Videonun üzərinə oğlunun dilindən “Ata, 2000-ci illərdə necə idin?” sualını yazan Mansız azarkeşlərə 2002-ci ildə Türkiyə yığmasının DÇ-də göstərdiyi tarixi performansı və qazandığı dünya üçüncülüyünü xatırladıb.

Görüntülərdə oğlunun atasına sarılması və keçmişə aid nostaljik anlar böyük maraqla qarşılanıb.

Qeyd edək ki, əfsanəvi ulduz paylaşımını bu gün Priştinada keçiriləcək taleyüklü Kosovo-Türkiyə matçı öncəsi milli komandaya dəstək məqsədilə edib.

Onu da bildirək ki, Türkiyə yığması bu axşam Bakı vaxtı ilə saat 22:45-də başlayacaq DÇ-2026-nın pley-off mərhələsinin final görüşündə qalib gələrsə, 24 illik həsrətə son qoyaraq dünya çempionatına vəsiqə qazanacaq.