Bakıda sərnişin avtobusu “Mercedes”lə toqquşdu - Foto

bakida-sernisin-avtobusu-mercedesle-toqqusdu
Oxunma sayı: 3548

Bu gün Bakının Suraxanı rayonunda marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, Zığ-Hövsan yolunda "Mercedes" markalı avtomobil 103 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılıb.

Nəticədə nəqliyyat vasitələri yararsız hala düşüb. Qəza zamanı xəsarət alanların olub-olmaması hələlik dəqiqləşməyib.

Nizam Rza