Bakıda şiddətli külək olacaq

bakida-siddetli-kulek-olacaq
Oxunma sayı: 3804


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyunun 29-da gözlənilən hava şəraiti barədə məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, sabah  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə yarımadanın bəzi ərazilərində  şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-23, gündüz 30 dərəcəyədək  isti olacağı gözlənilir.

Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir. 

Nazirlik xəbərdalıq edir ki, iyunun 29-da Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək, iyunun 30-da daha da şiddətlənəcək.