Bakının Binəqədi rayonunda yaşayış binasında yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, bu gün saat 02 radələrində Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Polis əməkdaşları tərəfindən əraziyə nəzarət təmin edilir və təhlükəsizlik tədbirləri görülür.
Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər