Bakıda yük maşını qəza törətdi - Video-Yenilənib

bakida-yuk-masini-qeza-toretdi
Oxunma sayı: 865

Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Atatürk prospekti ilə kəsişmədə yük avtomobili qəza törədib.

Bu barədə “Qafqazinfo”ya DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Hazırda yük avtomobillərinin kənarlaşdırılması və hərəkətin bərpa olunması məqsədilə polis zəruri tədbirləri görür.

***

Qəza səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb.