Nevşəhərin Kapadokiya bölgəsində yerləşən Göreme Açıq Hava Muzeyinin girişində bir “Pəri bacası” (qaya formasiyası) uçub.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, uçqun nəticəsində iki nəfər həyatını itirib, beş nəfər isə xəsarət alıb.
Hadisədən sonra əraziyə tibb və axtarış-xilasetmə qrupları göndərilib.
Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb və müalicələri davam etdirilir.
***
Son məlumatlara görə, hadisə yerindən daha bir nəfərin meyiti tapılıb.
Son xəbərlər
Son Xəbərlər