Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.
“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub.
Onların popkorndan zəhərləndiyi iddia olunur.
***
Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb. Araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.
***
AQTA-dan sorğumuza cavab olaraq bildirilib ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbində baş vermiş hadisə ilə bağlı Tibb müəssisəsindən əldə edilən məlumata əsasən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb.
Son xəbərlər
Son Xəbərlər