Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges xalqa müraciətində ölkədə konstitusiyaya uyğun olaraq yeni seçkilərin keçiriləcəyini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Telesur” telekanalı məlumat yayıb.
Rodriges müraciətində seçkilərin yenilənmiş seçki qurumları tərəfindən təşkil ediləcəyini və bütün dünyanın buna şahidlik edəcəyini vurğulayıb. O, həmçinin hökumətin ölkədəki bütün siyasi qüvvələrin proseslərdə iştirakına təminat verdiyini bildirib.
Xatırladaq ki, ABŞ qüvvələrinin Venesuelaya hərbi müdaxiləsi və keçmiş dövlət başçısı Nikolas Maduronun həbs edilərək Birləşmiş Ştatlara aparılmasından sonra ölkəyə rəhbərlik vitse-prezident Delsi Rodrigesə həvalə olunub.
Son xəbərlər
Son Xəbərlər