Oktyabrın 29-da VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən xarici qonaqların Şuşa və Ağdam şəhərlərinə səfəri təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində qonaqlar Şuşa şəhərinin mərkəzi meydanında “Güllələnmiş büstlər”i, həmçinin Xurşidbanu Natəvanın evi, Şuşa qalası, Yuxarı Gövhər ağa məscidi və Mehmandarovların Ev-Muzeyini ziyarət ediblər.
Daha sonra Forum iştirakçıları Ağdam şəhərinə səfər edib, “İmarət” Kompleksində olublar.
Hər iki şəhərlə tanışlıq zamanı 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərin sosial infrastrukturuna, tarixi-mədəni irsinə, o cümlədən dini məkanlara qarşı törədilən vandalizm və talan barədə məlumat verilib. Azərbaycan dövlətinin Şuşa və Ağdamla yanaşı, işğaldan azad edilmiş digər ərazilərdə həyata keçirilən yenidənqurma və təmir-bərpa işləri də qonaqların diqqətinə çatdırılıb.
















Son xəbərlər
Son Xəbərlər