Zaur Rzayev vəfat etdi - Yenilənib

zaur-rzayev-vefat-etdi
Oxunma sayı: 5776

Xalq artisti Zaur Rzayev vəfat edib. 

“Qafqazinfo” Manset.az-a istinadla xəbər verir ki, uzun müddətdir səhhətində ciddi problemlər olan Z. Rzayev bu dəqiqələrdə Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.

Allah rəhmət etsin!

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü Xalq artisti Zaur Rzayevin 29.10.2026-cı il tarixində saat 18:30-da bioloji ölüm faktı qeydə alınıb.

“Pasiyent oktyabrın 14-də ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub, vəziyyətinə uyğun zəruri tibbi müdaxilələr və intensiv müalicə tədbirləri həyata keçirilib. Həkimlərin səylərinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb”, - deyə məlumatda qeyd edilib.

Sənətkarın ifasında məşhur olan “Cavanlığım” mahnısını təqdim edirik: