Bakının mərkəzində “Galendewagen” alovlandı - Video

bakinin-merkezinde-galendewagen-alovlandi
Oxunma sayı: 5185

Bu gün səhər saatlarında Bakıda lüks avtomobil yanıb.

“Qafqazinfo” xəbər verir ki, Nəsimi rayonu ərazisində “Mercedes Galendewagen” markalı avtomobilin mühərrik hissəsində güclü tüstülənmə ilə müşayiət olunan yanğın başlayıb.

Bildirilib ki, ilkin məlumata görə, hadisəyə avtomobilin motorunun sıradan çıxması səbəb olub.