Bakıya istirahətə gəlmişdi, dənizdə boğuldu

bakiya-istirahete-gelmisdi-denizde-boguldu
Oxunma sayı: 5702

Sabunçu rayon Bilgəh qəsəbəsi ərazisindəki çimərlikdə ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya vətəndaşı, Bakıya turist kimi gəlmiş 44 yaşlı Yuri Kuznetsov “İstanbul Meyhane” restoranı ilə üzbəüz çimərlikdə suda batıb.

Belə ki, o, tanışı Svetlana Borisovna və həmin qadının oğlu ilə birgə çimərlikdə olarkən suda boğulub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun: Полковник полиции был назначен начальником этого отдела