Bank kartlarından 22 min manat oğurlayanlar tutuldu

bank-kartlarindan-22-min-manat-ogurlayanlar-tutuldu
Oxunma sayı: 1731

Dekabrın 10-da və 19-da Bakı sakininin bank kartlarından hesablarındakı 20 000 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, keçirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 2003-cü il təvəllüdlü R.Xankişiyev müəyyən olunaraq saxlanılıb.

Naxçıvanda da oxşar hadisə baş verib. Babək Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlərlə dekabrın 15-də rayon sakininin bank kartından hesabındakı 1800 manat pulunu oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib. Nehrəm qəsəbə sakini 1995-ci il təvəllüdlü B.Mehdiyev polis tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.