Bank kredit borcuna görə “Akkord”u məhkəməyə verdi

bank-kredit-borcuna-gore-akkordu-mehkemeye-verdi
Oxunma sayı: 3161

Ləğv edilmiş “Zaminbank” məhkəməyə müraciət edərək “Akkord”a qarşı iddia qaldırıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bank “Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Hudrotechnical Construction Company” MMC-ni məhkəməyə verib.

Şirkət bank bağlanmadan öncə oradan külli miqdarda kredit götürüb. İndi isə bank kreditin ödənilmədiyini iddia edərək şirkətə qarşı iddia qaldırıb.

Hazırda iş üzrə məhkəmə çəkişməsi davam edir.