Bank rəhbərinin müavini istefa verdi

bank-rehberinin-muavini-istefa-verdi
Oxunma sayı: 4817

Rabitabank-ın İdarə Heyətinin sədr müavini Fərhad Hacınski vəzifəsini tərk edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Trend məlumat yayıb. Xəbərdə bildirilir ki, hazırda Rabitabank-ın İdarə Heyətinə sədr Elçin Qədimov və müavini Eldar Ağayev daxildir.

Bundan öncə isə İdarə Heyətini Turan İsmayılov da tərk etmişdi.

Rabitabank 1993-cü ildə fəaliyyətə başlayıb.

Bankın adı son aylar MTN və Rabitə Nazirliyində baş verən olaylarda hallanıb.