“Barama” uşaq bağçası, dövlət dəstəyi ilə ailələrə endirimli təhsil haqqı təqdim edir. Övladlarınızın keyfiyyətli təhsil almasını və sağlam inkişafını təmin etmək üçün bu fürsəti qaçırmayın!
Bağça, uşaqların erkən yaşda hərtərəfli inkişafını təmin etməyi hədəfləyir. Tədris proqramı 2-5 yaş arası uşaqların intellektual, fiziki, sosial-emosional və nitq inkişafına fokuslanır. Bağça həftənin 5 günü saat 08:00-dan 18:00-dək fəaliyyət göstərir və yaş qruplarına uyğun təlim-tərbiyə prosesini həyata keçirir.
Uşaqlar gün ərzində 5 dəfə qidalanır və müxtəlif inkişaf proqramlarına uyğun məşğələlərə qatılır. Bu proqrama idrak, mədəni-estetik, nitq və fiziki inkişafın dəstəklənməsi üçün nəzərdə tutulmuş dərslər daxildir. Bununla yanaşı, uşaqların psixoloji rifahını təmin etmək və onların sosial bacarıqlarını inkişaf etdirmək məqsədi ilə müxtəlif əyləncə və istirahət tədbirləri təşkil olunur.
Tədris Proqramının Əsas Xüsusiyyətləri:
- Dövlət dəstəyi ilə sərfəli qiymətlər: Ailələrə təhsil xərclərini azaltmaq imkanı verir;
- Keyfiyyətli və peşəkar tədris: Peşəkar müəllimlər və tərbiyəçilər tərəfindən uşaqlara fərdi yanaşma təmin edilir;
- Fərdi inkişaf planı: Hər bir uşağın fərdi inkişaf ehtiyaclarına uyğun tədris planı qurulur;
- Təhlükəsiz və sağlam mühit: Bağçamızda uşaqların fiziki və psixoloji rifahı ön plandadır.
Tədris qrupları azərbaycan dilində təşkil olunur və uşaqlar rus və ingilis dilləri ilə də tanış olurlar. Hər bir qrupda maksimum 20 uşaq və onların tədrisi ilə tərbiyəçi, köməkçi müəllimə və dayə məşğul olur. Bu yanaşma, sağlam və intellektual bir nəsil formalaşdırmağı hədəfləyir.
“Barama” uşaq bağçasının ünvanlarını aşağıda Sizə təqdim edirik:
“Əcəmi” korpusu: Nəsimi ray. Hüseynbala Əliyev küç.113 (Kristal Abşeron Yaşayış Kompleksi, Əcəmi Filialı);
“Melissa” korpusu: Yasamal ray. Həsənbəy Zərdabi pr. 92A (Melissa Yaşayış Kompleksi);
“Qarayev” korpusu: Nizami ray. Mehdi Abbas küç. 32 (Romance Palace Şadlıq Sarayının yaxınlığı);
“Şirvan” korpusu: Şirvan şəh. Tofiq İsmayılov küç. 4 (Şirvan Şəhər Məhkəməsinin arxası);
“Barama” uşaq bağçasının nəzdində fəaliyyət göstərən "Kinder Island" uşaq bağçası: Sabunçu ray, Bakıxanov ŞTQ, Ticayət Qəmbərov ev 16, mənzil 1
Ətraflı məlumat üçün +994 55 255 11 80 nömrəsi ilə əlaqə saxlaya və ya seçilmiş özəl bağçalara uşaqların qeydiyyatı "www.bq.edu.az" portalında 1 noyabr saat 17:00-dək qeydiyyatdan keçə bilərsiniz.
Sosial şəbəkələr: Feysbuk, instaqram
Son xəbərlər
Son Xəbərlər