“Barselona”nın futbolçuları maaşlarının 70 faizindən imtina etdi

barselonanin-futbolculari-maaslarinin-70-faizinden-imtina-etdi
Oxunma sayı: 1236

“Barselona”nın futbolçuları aylıq maaşlarının 70 faizindən imtina ediblər.

 “Qafqazinfo” xəbər verir ki, bu barədə katalonların argentinalı ulduzu Lionel Messi İnstaqram hesabında məlumat verib. 

O bildirib ki, koronavirusun yayılması səbəbindən çətin günlər yaşayan kluba bu şəkildə dəstək olacaqlar.