Baş prokuror Neftçalada qəbul keçirdi - Foto

bas-prokuror-neftcalada-qebul-kecirdi
Oxunma sayı: 2429

Aprelin 6-da baş prokuror Kamran Əliyev Neftçala Rayon Prokurorluğunun Neftçala, Hacıqabul, Salyan rayon, Şirvan şəhər və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbuldan əvvəl baş prokuror Heydər Əliyevin abidəsini ziyarət edib.

Daha sonra qəbulda iştirak edən 29 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib.