Baş Prokurorluq da 11 yaşlı qızın hamilə qalması ilə bağlı məlumat yaydı

bas-prokurorluq-da-11-yasli-qizin-hamile-qalmasi-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 6054

Baş Prokurorluq 11 yaşlı qızın hamilə qalması ilə bağlı məsələ barədə açıqlama yayıb.

“Qafqazinfo”nun məlumatına görə, bildirilib ki, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.

Həmçinin oxuyun: İmişlidə 11 yaşlı qız hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib - Yenilənib

11 yaşlı qızın uşağı Bakıda dünyaya gəlib