Başında plastik bidonla gəzən ayı 17 gündən sonra xilas edildi

basinda-plastik-bidonla-gezen-ayi-17-gunden-sonra-xilas-edildi
Oxunma sayı: 3904

Slovakiyada biəti hafizə qruplarına ölkənin şimalındakı Tatra dağların daxil olduğu Raj Milli Parkında ayın başına plastik bidonun ilişib qalması barəlumat daxil olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hərəkətə keçən qruplar 17 gün sonra milli parkın Straten bölgəsində sözügedən ayını tapıb və xilasetmə əməliyyatına başlayıb.

Ayının başındakı bidonla uzun müddət sağ qalmasına və bu şəkildə su içməyi öyrənməsinə təəccübləndiklərini bildirən səlahiyyətlilər baytarın köməyi ilə ayını yuxuya verərək başındakını çıxarmağı bacarıblar.

Baytar nəzarətindən sonra təbiətə buraxılan ayının çöl donuzları üçün qoyulmuş 30 litrlik bidondakı qarğıdalını yemək istəyərkən hadisənin baş verdiyi müəyyən edilib.