“Bavariya” Çempionlar Liqasının yarımfinal mərhələsinin PSJ ilə (1:1) cavab görüşündəki hakim idarəçiliyinə etiraz edib.
“Qafqazinfo” xəbər verir ki, Münhen klubu referinin verdiyi qərarların nəticəyə təsir etdiyini deyib.
Almanlar UEFA-ya rəsmi şəkildə şikayət məktubu göndərəcək.
Artıq qitə futbol qurumuna şifahi narazılıq bildirilib.
Qeyd edək ki, matçın gedişində baş hakim Joao Pineyronun verdiyi qərarlar “Bavariya” tərəfinin narazılığı ilə qarşılanmışdı.
Son xəbərlər
Son Xəbərlər