Bayden Netanyahu ilə danışdı - Yenilənib

bayden-netanyahu-ile-danisdi
Oxunma sayı: 3640

İranın İsrailə hücumundan sonra ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Xatırladaq ki, bu gecə İran İsrailə yüzlərlə PUA və uzaqmənzilli raketlərlə hücum edib.

***

ABŞ-nin yüksək səviyyəli administrasiya rəsmisi CNN-ə açıqlamasında bildirib ki, telefon danışığında Bayden Netanyahuya İranın hücumlarının ümumən uğursuz olduğunu və İsrailin üstün hərbi qabiliyyətini nümayiş etdirdiyini deyib.

Məlumata görə, ABŞ lideri onu da qeyd edib ki, ölkəsi İrana qarşı heç bir hücum əməliyyatında iştirak etməyəcək.